ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin nizamlanması istiqamətində irəliləyiş əldə olunacağını gözləyir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Tramp bu barədə Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərlə söhbəti zamanı, Miçiqan ştatına yola düşməzdən əvvəl danışıb.
ABŞ liderindən xüsusi elçisi Stiv Uitkoffun Rusiyaya səfərinin məqsədini şərh etməsi istənilib.
"Bir neçə məsələni müzakirə etmək üçün getmişdi. Ukrayna ilə bağlı bu münaqişə var və məncə, burada nəsə baş verəcək. Bundan əlavə, Co Baydenin administrasiyası dövründə uzun müddət həbsdə qalan yaxşı bir insanı geri qaytardıq. Onu geri qaytardıq", - deyə Tramp bildirib.
Donald Tramp həmçinin ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların yaxın vaxtlarda keçiriləcəyini gözlədiyini söyləyib.
Ağ Evin Cənub çəmənliyində jurnalistlərin üçtərəfli danışıqların perspektivləri ilə bağlı sualını cavablandıran Tramp deyib:
"Danışıqlar kifayət qədər tezliklə keçiriləcək və məncə, hər iki tərəf razılaşma əldə etmək istəyir".