ABŞ Prezidenti Donald Tramp "ABC News" telekanalını tənqid edib. O bildirib ki, axşam tok-şousunun aparıcısı Cimmi Kimmel istedadsız olmasına və yüksək reytinq yığa bilməməsinə baxmayaraq, hələ də efirdədir.
Oxu.Az xəbər verir ki, Ağ Evin başçısı bu barədə "Truth Social" şəbəkəsində yazıb.
"Nə üçün "ABC Fake News" istedadsız və çox pis televiziya reytinqi olan Cimmi Kimmeli efirdə saxlamağa davam edir? Nə üçün televiziya sindikatları buna dözürlər?" - onun statusunda deyilir.
Trampın sözlərinə görə, teleaparıcıya tamamilə qərəzli işıqlandırma tərzi xasdır. Prezident Kimmeli uğursuz adlandırıb və onu efirdən rədd etməyə çağırıb.