Sosial şəbəkələrdə uçuş qadağası qoyulduğu üçün təyyarədən qovulan amerikalı barədə görüntülər istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb. Aeroportda isterik vəziyyətdə hərəkət edən və ağlayan kişinin videosuna qısa müddətdə 18,4 milyondan çox baxılıb.
Bu barədə “Daily Mail” kadrlar yayımlayıb.
Qeyd edək ki, Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Komitəsinin sədri Benni Tompson Nəqliyyat Təhlükəsizliyi İdarəsi (TSA) və FTB-yə müraciət edərək Kapitoli iğtişaşlarında iştirak edənlərin uçuşunun qadağan edilməsinə çağırış edib.