ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə ona başa salıb ki, onun əsas prioriteti Ukrayna üçün "Tomahawk" raketlərinin tədarükü deyil, bu qanlı müharibənin dayandırılmasıdır.
Oxu.Az xəbər verir ki, bu barədə "Wall Street Journal" nəşri adları çəkilməyən ABŞ, Ukrayna və Avropa rəsmilərinə istinadla yazır.
Nəşr yazır: "Tramp Zelenskiyə bildirib ki, onun əsas prioriteti müharibənin dayandırılmasıdır. O, aydın şəkildə başa salıb ki, ərazilər məsələsi ilə bağlı hər hansı bir konkret nəticəyə köklənməyib".
ABŞ lideri, həmçinin Zelenskiyə bildirib ki, Kiyev yaxın gələcəkdə ABŞ-dən "Tomahawk" qanadlı raketləri alacağına ümid bəsləməməlidir.
Vurğulanır ki, Tramp danışıqlar zamanı hərbi dəstəklə bağlı vədlər verməyib, diqqəti tezliklə sülhə nail olmağın vacibliyinə yönəldib. ABŞ lideri vurğulayıb ki, onun üçün ən vacib məsələ münaqişəni qısa müddətdə yoluna qoymaqdır. Kiyevin Donbasa nəzarəti geri qaytarmaq istəyi isə onun üçün prioritet deyil.