ABŞ Prezidenti Donald Tramp Venesuela ilə bütün əlaqələri kəsmək sərəncamı verib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Al Arabiya" telekanalı yayıb.
Məlumatda deyilir: "Tramp Venesuela ilə diplomatik razılaşmanın əldə edilməsi səylərinə xitam verib. O özünün xüsusi elçisi Riçard Qrenelə bütün əlaqələri kəsmək əmri verib".
Tramp Konqresə bəyan edib ki, ABŞ narkokartellərə qarşı regional silahlı münaqişəyə cəlb olunub.