Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Tramp Vensin corablarına "ilişdi": "Fikrimi cəmləyə bilmirəm"
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İrlandiyanın Baş naziri Maykl Martinlə görüşündə vitse-prezident Ceyms Devid Venslə zarafat edib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, iki ölkə rəhbərlərinin görüşündə iştirak edən Devid Vens ayağına İrlandiyanın simvolu olan yonca təsvirli corab geyinib.
Bu məqam Donald Trampın diqqətindən kənarda qalmayıb və o, üzünü vitse-prezidentə tutaraq, zarafatla fikrini cəmləməkdə çətinlik çəkdiyini bildirib.
"Onun corablarını bəyəndim. Fikrimi cəmləməyə çalışsam da, corabların təəssüratı altındayam", - gülərək Tramp söyləyib.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Tramp Mask barəsində danışdı: "Məndən heç vaxt xahiş etməyib"
- Tramp süni intellektlə bağlı qorxularından danışdı
- "Tesla"ya hücumların arxasında Soros var?
- Jurnalistin Ağ Evin gizli çatına daxil edilməsinin DETALLARI - Təhlükəsizlik üzrə müşavirdən ETİRAF
- Tramp: "Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı böyük irəliləyiş əldə edilib"
Ən çox oxunanlar