Amerikalı prezidenti Donald Tramp impiçment təhlükəsindən qorxmadığını dilə gətirib.
Oxu.Az xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.
Ağ Ev rəhbərinin sözlərinə görə, hər hansı səhv iş tutmamış bir şəxsi və ABŞ tarixinin ən böyük iqtisadiyyatını yaradan şəxsi vəzifədən kənarlaşdırmaq çox çətin olacaq.
“Mən heç də narahat deyiləm. Hesab edirəm ki, bu baş versə, xalq mənim müdafiəmə qalxacaq”, - deyə Tramp vurğulayıb.
Bundan əvvəl ABŞ KİV-də Trampın impiçmentdən çəkindiyi ilə bağlı məlumatlar yayılmışdı.
Tramp: Xalq müdafiəmə qalxacaq
Oxu.Az yeniləndi!
Rəylər