Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Tramp yüzmilyonlarla dollar pul yığacaq
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın komandası yaya qədər təxminən 500 milyon dollar donor maliyyəsi yığmağı planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Ən səxavətli donorlardan bəziləri kriptovalyuta və texnologiya sektorlarından gəlir, fiziki şəxslərdən ianələr 10-20 milyon dollara çatır.
Maliyyə dəstəyi, həmçinin səhiyyə, kənd təsərrüfatı, maliyyə və sığorta sektorunun nümayəndələri tərəfindən həyata keçirilir.
Qeyd edək ki, 2024-cü ilin noyabrında keçirilən seçkidə qalib gələndən bəri Tramp donorlardan 200 milyon dollardan çox vəsait toplayıb. Bu məbləğ yeni seçilmiş prezidentlər üçün rekorddur.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Tramp: "Putinə zəng edəcəyəm"
- Pezeşkian Trampa sərt cavab verdi: "Nə qələt edirsən, et!"
- Trampın inaqurasiyasında iştirak etmiş milyarderlər 209 milyard dollar itiriblər
- Tramp Kanada məhsullarına yeni tariflər tətbiq edib
- Trampın Yaxın Şərq siyasəti: Azərbaycan amili və dünya yəhudiliyinin yeni təşəbbüsü