Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Tramp Zelenski ilə görüşdən sonra Venslə fəxr etdiyini açıqlayıb
ABŞ Prezidenti Donald Tramp vitse-prezident Ceyms Devid Vensin Ukrayna lideri Volodimir Zelenski ilə görüşündə bildirdiyi fikirlərdən təsirlənib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
Rəsmilərin verdiyi məlumata görə, Tramp tabeliyində olanlara dəfələrlə qeyd edib ki, onun keçmiş vitse-prezidenti Mayk Pens bunu etməzdi və o, Venslə fəxr edir.
Qeyd olunur ki, digər respublikaçılar da Vensin davranışını müsbət qiymətləndiriblər.
Xatırladaq ki, fevralın 28-də Tramp və Vensin Zelenski ilə görüşü zamanı gərgin anlar yaşanıb.
"Donald Tramp və Volodimir Zelenskinin görüşü" teqi üzrə xəbərlər
- ABŞ-nin milli kəşfiyyat direktoru Zelenskidən şikayət etdi
- Tramp mübahisədən sonra Zelenskinin naharını da yeyib
- Böyük Britaniyanın baş naziri Zelenskidən Trampla münasibətləri yaxşılaşdırmasını xahiş edib
- Braziliya prezidenti Zelenskinin çıxışının Avropaya ciddi təsirini açıqladı
- Kobaxidze: "Bir daha "müharibə partiyası" ilə "sülh partiyası" arasında aydın sərhəd çəkildi"
Ən çox oxunanlar