ABŞ prezidenti Donald Tramp Suriya hakimiyyətinə İdlib əyalətində planlaşdırılan hərbi əməliyyatla əlaqədar xəbərdarlıq edib.
Oxu.Az xəbər verir ki, Ağ evdə jurnalistlər qarşısında çıxış edən Tramp bildirib ki, əməliyyat zamanı insanlar həlak olar bilər, bu isə ABŞ çox qəzəbləndirəcək.
“Fikrimcə, bu, çox kədərli durumdur. Lakin deyə bilərəm ki, onlar yekunda çox ağıllı və diqqətli olacaqlar. Əgər orada savaş başlasa, bütün dünya qəzəbli olacaq və Birləşmiş Ştatlar da çox qəzəblənəcək”.
Rəylər