Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Trampdan şok sözlər: "Rusiya böyük güzəştə gedib, bütün Ukrayna ərazisinə iddia etmir"
"Rusiya Ukraynada münaqişənin həlli prosesində böyük güzəştə gedib və bütün Ukrayna ərazisinə iddia etmir".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib
"Müharibənin dayandırılması, bütün ölkənin işğalının dayandırılması olduqca böyük güzəştdir", - deyə ABŞ lideri Ağ Evin Oval Kabinetində Norveç Baş naziri Yonas Qar Störe ilə görüşündə jurnalistlərin suallarına cavab verib.
Tramp qeyd edib ki, Krım 11 il əvvəl Ağ Evə Barak Obama başçılıq edərkən Rusiyaya birləşdirilib.
"Bunun mənimlə heç bir əlaqəsi yoxdur. Onlar sadəcə onu təhvil verdilər, indi isə deyirlər ki, onu geri qaytara bilərsiniz? Düşünürəm ki, bunu etmək çox çətin olacaq", - ABŞ prezidenti vurğulayıb.