ABŞ prezidenti Donald Trampın oğlunun ünvanına göndərilmiş zərfdəki tozun təhlükəli olmadığı məlum olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə ABC telekanalı Nyu-York polisinə istinadən xəbər verib.
Qeyd edilir ki, ABŞ prezidentinin oğlunun həyat yoldaşının vəziyyəti onunla yanaşı xəstəxanaya yerləşdirilmiş iki şəxsin səhhəri kimi normalıdır.
Hazırda zərfdəki toz təhqiqatın davam etməsi üçün Nyu-Yorkdakı laboratoriyaya aparılır.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın oğlu Vanesin həyat yoldaşı içində naməlum ağ tozun olduğu zərfi açmasından sonra xəstəxanaya yerləşdirilib.
23:02
Trampin oğlu Vanesin həyat yoldaşı içində naməlum ağ tozun olduğu zərfi açmasından sonra xəstəxanaya yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə ABC Nyu-York polisinə istinadən məlumat yayıb.
Bildirilir ki, zərf Trampın oğlunun evinə çatdırılıb. Telekanalın məlumatına görə, hadisədən sonra qadın yoluxmaya qarşı dezinfeksiya prosedurunu keçib.
Hazırda polis əməkdaşları və Məxfi xidmət təhqiqatla məşğuldur.

A.M.
www.oxu.az