Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Trampın ilk qərarlarından biri: Tarixin ən böyük lideri hesab etdiyi şəxsi Ağ Evə qaytaracaq
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Uinston Çörçilin büstünü dörd ildən sonra Ağ Evə qaytarmağı planlaşdırır.
Bu barədə Oxu.Az "Daily Mail"ə istinadən xəbər verir.
"Onun görəcəyi ilk işlərdən biri hörmət əlaməti olaraq Çörçili Oval kabinetə qaytarmaq olacaq", - deyə nəşr bildirib.
Jurnalistlərin yazdığı kimi, Tramp Çörçilə tarixin ən böyük lideri kimi hörmət edir.
Materialda vurğulanır ki, Çörçillin büstü 1965-ci ildən 2009-cu ilə qədər Oval kabinetdə fəxri yer tutub. Bu tarixdən sonra prezident Barak Obama onu vətəndaş hüquqları hərəkatının liderlərindən biri Martin Lüter Kinqin büstü ilə əvəz edib.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Mask "İlin adamı" olmaq istəmir: Təvazökarlıq, yoxsa hesablama?
- ABŞ-də Baydenin həyat yoldaşı ilə bağlı dedi-qodular yayıldı: Trampa gözü düşüb?
- Arestoviç: "Ukraynada atəşkəs razılaşması yanvarın 25-də bağlana bilər"
- "Time" jurnalı "İlin adamı" adına namizədləri AÇIQLADI
- Zelenski Tramp və Makronla nəyi müzakirə edib?
Rəylər