ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın müşaviri Karter Peyc Moskvadadır. Onun Rusiyanın paytaxtında bir sıra danışıqlar aparacağı planlaşdırılıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
“Mən nüfuzlu biznesmenlər və ideya liderləri ilə görüşəcəyəm”, - Peyc bildirib.
Trampın müşaviri, həmçinin dekabrın 13-nə qədər Moskvada qalacağını da bildirib.
Daha öncə Peyc yeni seçilmiş prezidentin administrasiyasına Rusiya-Amerika münasibətlərinin potensialına inanan insanların lazım olduğunu bildirmişdi.
N.O.
www.oxu.az