Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Trampın müşaviri Rusiya və ABŞ-ni münasibətləri bərpa etməyə çağırıb
ABŞ və Rusiya Ukraynadakı münaqişəni dayandırmaq üçün münasibətlərini bərpa etməlidirlər.
Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə müşaviri Keyt Kelloq bildirib.
"Ukraynada davam edən müharibə kontekstində davam edən təcrid və ruslarla əlaqə qurmamaq artıq həyatqabiliyyətli strategiya deyil və şübhəsiz ki, məsuliyyətli diplomatik yanaşma deyil. Prezident Trampın yanaşması ABŞ-nin Rusiya ilə münasibətləri bərpa etməyin lazım olması fikrinə əsaslanır", - Kelloq Vaşinqtonda Xarici münasibətlər üzrə şuranın çıxışı zamanı qeyd edib.
"Kit Kelloq" teqi üzrə xəbərlər
Ən çox oxunanlar