ABŞ-ın Federal Tədqiqatlar Bürosu (FTB) 2016-cı ildə Donald Trampın prezident seçilməsinə mane olmağı planlaşdıran Piter Strzoku işdən azad edib.
Oxu.Az “The Washington Post”a istinadla xəbər verir ki, bu barədə onun vəkili Aytan Qolman bildirib.
“Bu qərar bütün amerikalıların ciddi narahatlığına səbəb olmalıdır”, - Qolman deyib.
O həmçinin FTB rəhbərliyini ona göstərilən siyasi təzyiqə boyun əyməkdə ittiham edib. Onun sözlərinə əsasən, müştərisinin işdən azad olunması müstəqil və dəqiq yoxlamaya əsaslanmayıb.
Rəylər