Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Trampın vəkilinin ofisində axtarış apardılar
ABŞ-da Federal təhqiqatlar bürosunun əməkdaşları ABŞ prezidenti Donald Trampın vəkili Maykl Koenin ofisində axtarış aparıb.
Oxu.Az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Koenin nümayəndəsi aparılan axtarışa qəti şəkildə narazılıq ifadə edib.
“ABŞ prokurorluğunun axtarış orderi verməsi qərarı tam yersizdir, bu müştərilərlə vəkillər arasında konfidensial yazışmaların yer aldığı materialların müsadirə olunması ilə nəticələndi” deyə Koenin hüquqlarını müdafiə edən Stiven Rayan bildirib.
Koen uzun müddətdir ki, Trampın şəxsi vəkili kimi çalışır. Son zamanlar pornoaktrisa Stormi Denielsə 130 min dollar ödəniş etməsi ilə gündəmə gəlib. Aktrisa iddia edir ki, Tramp bu məbləği onunla keçmişdə cinsi əlaqədə olduğu faktını örtbasdır etmək məqsədilə verib.
Bu arada “Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi” ilə bağlı istintaqa başcılıq edən xüsusi dövlət ittihamçısı Robert Müller Ağ Ev rəhbəri Donald Trampla şəxsi görüşündə toxunulacaq mövzuların müəyyən edildiyini bəyan edib.
Görüşdə keçmiş FTB rəhbəri Ceyms Komi və milli təhlükəsizlik üzrə müşavir Maykl Flinin qovulması, həmçinin Trampın oğlunun Rusiyalı vəkil Nataliya Veselnitskaya ilə 2016-cı ilin iyun ayında keçirdiyi görüş haqqında müzakirələr aparılacaq.
F.M.
www.oxu.az
"Donald Tramp" teqi üzrə xəbərlər
- Trampdan növbəti qərar: Meksikaya qoşun yeridəcək?
- Zukerberqlə Tramp arasında təkbətək görüş olub
- Tramp ÜST-nin illik büdcəsinin dörddə birini kəsməklə hədələyir: Dünya səhiyyəsini nə gözləyir?
- Tramp administrasiyasında yeni vəzifə planlaşdırılır: "Süni intellekt çarı"
- İnternetdə Trampı və ailəsini öldürməklə hədələyən şəxs həbs edilib
Rəylər