ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik Şurasındakı baş müşaviri Rumana Əhməd öz postunu yeni administrasiya ilə işləməyə başladıqdan səkkiz gün sonra tərk edib.
Oxu.Az MSNBC-ə istinadən xəbər verir.
“Mən səkkiz gün dözdüm”, - o deyib.
Onun sözlərinə görə, bu qərara Donald Trampın bir sıra müsəlman ölkələrindən olan vətəndaşların ABŞ-a girişinə qadağa qoyması təsir edib.
Qeyd edək ki, R.Əhməd ABŞ-ın keçmiş prezidenti Barak Obmanın da Milii Təhlükəsizlik Şurasında baş müşaviri olub.
N.О.
www.oxu.az