Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Transseksualların nikahını müdafiə edən Papadan daha bir gözlənilməz qərar
Cinsi azlıqların nümayəndələri, o cümlədən homoseksuallar və transseksuallar istənilən dindar kimi, vəftiz oluna (xaç suyuna çəkilmə), həmçinin xaç valideynləri ola və kilsə nikahında şahidlik edə biləcəklər.
Bu barədə İnanc Doktrinası Dikasteriyasının (keçmiş Müqəddəs İnkvizisiya) izahatında deyilir.
“Həmçinin, hormonal müalicə və cinsiyyətin dəyişdirilməsi əməliyyatı keçirmiş transseksual ictimai qalmaqal törətmədiyi və ya dindarların oriyentasiyasını pozma riski olmadığı halda, digər dindarlarla eyni şərtlər altında vəftiz oluna bilər. Transseksuallıq problemləri olan uşaq və ya yeniyetmələr də, əgər yaxşı hazırlanıblarsa və arzu edirlərsə, onlar da vəftiz oluna bilərlər”, - deyə Vatikanın açıqlamasında bildirilir.
Sənədə əsasən, transseksuallar və homoseksuallar kilsə toyunda şahidlik edə, yaxud xaç atası ola bilərlər.
“Bununla belə, homoseksualların ailəsində böyüyən uşağın vəftiz edilməsi üçün onun katolik dini üzrə təhsil alacağına dair əsaslı ümid olmalıdır”, - deyə dikasteriyada vurğulanıb.
Qeyd edək ki, Papa Fransisk 2020-ci ildə eynicinsli cütlüklərin vətəndaş nikahlarını qeydiyyatdan keçirmələrini müdafiə edib.
“Eynicinslilərin ailə qurmaq hüququ var. Onlar Allahın övladlarıdır və ailə qurmaq hüququna malikdirlər”, - deyə pontifik bildirib.
Elə həmin il o, müasir katolik kilsəsinin seksdən həzz almağı pisləmədiyini və bu məsələ ilə bağlı keçmiş anlaşılmazlıqların böyük zərər verdiyini söyləyib.
2023-cü ilin yanvarında isə homoseksuallardan danışan Papa homoseksuallığı cinayət hesab edən qanunları tənqid edib və katolik yepiskopları LGBT nümayəndələrini də kilsədə salamlamağa çağırıb.
“Homoseksual olmaq cinayət deyil. Bəli, günahdır. Ancaq əvvəlcə günah və cinayəti ayırmağa başlayaq. Bir-birinə mərhəmət etməmək də günahdır”, - deyə o qeyd edib.
Mənbə: ANSA
Rəylər