Rusiyada Tretyakov qalereyasından rəssam Arxip Kuincinin rəsmi oğurlanıb.
Oxu.Az xəbər verir ki, “Ay-Petri. Krım” adlı rəsmi qalereyadan naməlum şəxs çıxarıb.
Bildirilir ki, muzey işçiləri polisə müraciət edərək rəsmin naməlum şəxslər tərəfindən zaldan çıxarıldığını deyiblər.


Polis araşdırmalara başlayıb, oğurluq edənlərin şəxsiyyəti müəyyənləşdirilir.