Dağlıq Qarabağda münaqişənin kəskinləşməsi Ermənistana olan biletlərə turistlər arasında tələbatın 25% azalmasına səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə RNS “Aviasales” onlayn-axtarış portalının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Sorğuların sayının azalması aprelin 2-dən müşahidə edilir.
Qeyd edildiyi kimi, Ermənistan qarşıdan gələn yay mövsümünün əsas turistik istiqamətlərindən biri hesab edilirdi, Rusiyanın ümumu beynəlxalq satışlarının 4%-i onun payına düşür.