Türkiyədə azərkeş stadiona 23 şüşə pivə keçirməyə cəhd edib.
Fanat havaya uyğun geyimdə olmayıb və bununla da girişdə baxış zamanı polisin xüsusi diqqətini cəlb edib. Hüquq mühafizəçisi fanatın plaşının altına baxıb və görüb ki, o, həmçinin pivə şüşələrinin asıldığı jilet də geyinib. Bununla yanaşı, polis fanatın şalvarında da spirtli içkilər tapıb. Bu barədə Oxu.Az Lenta-ya istinadən xəbər verir.
Qeyd edək ki, Türkiyə qanunvericiliyi idman obyektlərində spirtli içkilərin satışını və siqaret çəkməyi qadağan edir.