Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“Türk Eskobar”ın cinayət təşkilatına qarşı əməliyyat: 42 nəfər saxlanıldı - FOTO/VİDEO
Türkiyədə beynəlxalq “zəhər taciri”, “Türk Eskobar” ləqəbli Urfi Çetinkayanın rəhbərlik etdiyi mütəşəkkil cinayət təşkilatına qarşı əməliyyat keçirilib.
Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında paylaşım edib.
Məlumata görə, 9 bölgədə keçirilən “Kafes-44” əməliyyatı zamanı ümumilikdə 42 şübhəli saxlanılıb. Saxlanılanlar arasında Rüstəm və Hakan Çetinkaya ilə yanaşı ABŞ tərəfindən “İnterpol” xətti ilə qırmızı bülletenlə axtarışda olan bir nəfər də olub.
Qeyd edək ki, hazırda həbsxanada olan, dəfələrlə həbs edilən, lakin müxtəlif səbəblərdən azadlığa buraxılan və bir əməliyyat zamanı polisin “Dayan” əmrinə tabe olmadığı üçün vurulan Urfi Çetinkaya hazırda əlil arabasında həyatına davam edir.
Narkotik ticarəti cinayəti üzrə qırmızı bülletenlə axtarışa verilən və 24 il həbs cəzası alan Urfi Çetinkaya ötən il İstanbulun Sarıyer qəsəbəsində bir ünvanda keçirilən əməliyyat zamanı ələ keçirilib. Onun olduğu yer barədə hər gün gizləndiyi villaya gedib-gələn fizioterapevt sayəsində məlumat əldə etmək mümkün olub.
İstanbul merkezli 9️⃣ İlde Elebaşılığını Uluslararası Zehir Taciri TÜRK ESCOBAR’ı lakaplı Ürfi Çetinkaya’nın (Cezaevinde) yaptığı Silahlı Organize Suç Örgütüne yönelik “KAFES-44” Operasyonları düzenlendi❗️
— Ali Yerlikaya (@AliYerlikaya) February 20, 2024
Operasyonlar sonucu Rüstem ve Hakan Çetinkaya ile ABD tarafından İnterpol… pic.twitter.com/rTmLWWcsDl
Mənbə: NTV.com.tr
Rəylər