Türkiyə artilleriyası Suriya ilə sərhəd ərazidə İŞİD qruplaşmasına məxsus tankı məhv edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə HaberTurk telekanalı məlumat yayıb.
Bildirilir ki, tank İŞİD-in nəzarətində olan Carablus şəhəri yaxınlığında (Suriya), Türkiyənin Qaziantep əyaləti ilə sərhəddən cənubda mövqe tutubmuş.
İŞİD terrorçuları türk ordusunun mümkün yerüstü əməliyyatından qorunmaq üçün bu ərazidə xəndək qazır və minalanmış sahələr qururlar.
Tank gecə istilik kameralarının köməyi ilə aşkarlanıb və səhər 155 millimetrlik “Fırtına” özüyeriyən artilleriya qurğusunun köməyi ilə məhv edilib.