Rusiyanın “Qazprom” və Türkiyənin “Botas” şirkətləri qazın qiymətinə güzəştlə bağlı razılığa gəliblər.
Oxu.Az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak məlumat verib.
Nazirin sözlərinə gprə, güzəşt 10,25% təşkil edəcək.
“Bizdə olan məlumata əsasən, “Qazprom” və Botas arasında qaza güzəştlə bağlı razılıq əldə olunub. Güzəşt 10,25% təşkil edəcək”, - Novak bəyan edib.