Türkiyə ordusunun 2 generalı Almaniyanın Frankfurt-na-Mayne şəhərində sığınacaq istəyib. Çox güman ki, onlar keçən ilin iyul ayında dövlət çevrilişində iştirak ediblər.
Oxu.Az xəbər verir ki, RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Məlumata görə, generallar Frankfurt hava limanında sığınacaqla bağlı müraciət ediblər.
Müraciətin ilkin araşdırılmasından sonra onların Giessen bölgəsində müvəqqəti sığınacağa göndəriləcəyi gözlənilir.
Daha öncə Almaniyanın NATO bazasında xidmət etmiş onlarla türk hərbçisi Almaniya hakimiyyətinə sığınacaq üçün müraciət ediblər.
N.О.
www.oxu.az