Türkiyənin Milli Təhlükəsizlik Şurası (MTŞ) və Nazirlər Şurası prezident Rəcəp Tayyib Ərdoğanın sədrliyi ilə bu gün “Ak Saray”da toplanacaq.
Oxu.Az-ın xəbərinə görə, kritik toplantılarda terrorçu birləşmələrin əlində olan Suriyanın Afrin bölgəsinə düzənlənməsi planlaşdırılan hərbi əməliyyat məsələsinin masaya yatırılması və razılıq qərarının verilməsi gözlənilir.
Həmçinin, OHAL-ın - fövqəladə vəziyyət rejiminin yenidən uzadılması üçün MTŞ-in tövsiyə qərarının verilməsi gözlənilir.
Kamil HƏMZƏOĞLU
www.oxu.az