2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsində daha beş qarşılaşma baş tutub.
Oxu.Az xəbər verir ki, Türkiyə millisi səfərdə Bolqarıstanın qonağı olub.
Ay-ulduzlu komanda rəqib qapıdan 6 top keçirib. Meydan sahibləri onlardan yalnız birinin əvəzini çıxmağı bacarıblar - 1:6.
Estoniya ilə səfər matçına çıxan İtaliya gözlənildiyi kimi çətinlik çəkməyib. Appenin təmsilçisi 1:3 hesabı ilə meydan sahiblərindən üstün olub.
İrlandiyanı sınağa çəkən Portuqaliya meydandan qalib ayrılıb. Ronaldunun komandasına bir qol kifayət edib - 1:0.
İspaniya doğma azarkeşləri önündə Gürcüstanı məyus edib. Prineylilər 3 xalı 2 cavabsız qolla qazanıblar - 2:0.
Daha bir matçda isə Albaniya səfərdə Serbiyanı minimal fərqlə məğlub edib - 0:1.