Türkiyə ABŞ-dan “Patriot” zenit-raket sistemlərini, “NATO”dakı müttəfiqlərindən isə bənzər sistemləri almağa hazırdır.
“TASS” xəbər verir ki, bunu Türkiyənin XİN rəhbəri Mevlüt Çavuşoğlu bəyan edib.
Onun sözlərinə görə, Rusiyadan “S-400” sistemlərinin alınmasına səbəb Vaşinqtonun Türkiyənin 10 il ərzində zərürətlərini təmin etmək istəməməsi olub.
“ABŞ-dan yaxşı təklif gəlsə biz “Patriot” sistemlərini almağa hazırıq”, - deyə nazir vurğulayıb.
Rəylər