Türkiyənin Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın ABŞ-ın Suriyanın nəzarət etdiyi ərazisində “sərhəd təhlükəsizliyi qüvvəsi” yaratmaq planını pisləyib.
Oxu.Az Türkiyə mətbuatına istinadla bildirir ki, o, Suriyanın ABŞ-ın nəzarət altında olan ərazisində Vaşinqtonun “sərhəd təhlükəsizliyi qüvvəsi” adlandırılan planının qəbuledilməz hesab edib.
“ABŞ terror təşkilatını qanuniləşdirən tədbir görür. Bu, narahatlıq yaradır və qəbuledilməzdir”, - deyə İ.Kalın bildirib.
Kalın vurğulayıb ki, Türkiyə ölkənin daxilində, eləcə də, onun hüdudları xaricində terrorizmlə istənilən mübarizə hüququnu özündə saxlayır.
“Türkiyə öz təhlükəsizliyinin təminatı üçün bütün tədbirləri görəcək”, - deyə o qeyd edib.