"Türk dünyası bu gün dünyanın üzləşdiyi ən fundamental problemlərdən biri olan enerji təhlükəsizliyinin sığortasına çevrilib".
Oxu.az "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəisi İbrahim Kalın "Beynəlxalq Kəşfiyyat Araşdırmaları Konqresi"ndə deyib.
Onun sözlərinə görə, türk dünyası enerji təhlükəsizliyində ən mühüm oyunçulardan birinə çevrilib:
"Bu gün Qazaxıstandan Türkmənistana, Azərbaycandan Türkiyəyə, Avropaya və dünya bazarlarına açılan Yaxın Şərq, türk dünyası enerji xətti və bazarları dünya enerji sabitliyinin təmin edilməsində əsas rollardan birini oynayır".