Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Türkiyə ABŞ-ın təhdidlərinə cavab verdi
Türkiyənin Milli Təhlükəsizlik Şurası (MTŞ) ABŞ-ın Türkiyənin ünvanına təhdidlərinin yolverilməz olduğunu bəyan edib.
Oxu.Az “Anadolu”ya ustinadla xəbər verir ki, bu barədə MTŞ-nin keçirdiyi iclasın yekun bəyanatında deyilir.
“ABŞ-ın Türkiyəyə qarşı istifadə etdiyi təhdid üsulu ikitərəfli münasibətlərə hörmətsizlikdir və tamamilə qabuledilməzdir”, - sənəddə qeyd olunub.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp və vitse-prezident Mayk Pens İzmirdə ev dustağı olan amerikalı rahibin azad edilməyəcəyi təqdirdə Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətəbiq olunacağını istisna etməyiblər.
Buna cavab olaraq Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bəyan etmişdi ki, Ankara ABŞ təhdidlərinə və dövlət siyasətinə müdaxiləsinə dözmək niyyətində deyil.