Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Türkiyə Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı Bakıya araşdırma qrupu göndərir
"Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin müraciəti əsasında qəzanın səbəblərini araşdırmaq, texniki və əməliyyat təhlillərini aparmaq və qəza vəziyyətini təmin etmək üçün Türkiyədə 8 nəfərdən ibarət istintaq komissiyası yaradılıb".
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu "X" səhifəsindəki paylaşımında bildirib.
Bildirilir ki, nümayəndə heyəti yaxın saatlarda Bakıya yola düşəcək və sabahdan etibarən öz sahələrinə uyğun olaraq hadisənin bütün aspektlərini araşdırmaq üçün Azərbaycanın müvafiq qurumları ilə koordinasiyada işləyəcək.
"Türkiyə olaraq hər şəraitdə Azərbaycanın yanında olduğumuzu bildiririk, həyatını itirənlərə Allah rəhmət eləsin, azərbaycanlı qardaşlarımıza şəfa diləyirik", - nazir qeyd edib.
Azerbaycan Havayolları AZAL’a ait yolcu uçağının Kazakistan’ın Aktau şehrinde yaşadığı kaza-kırım sonrası Azerbaycan Devlet Sivil Havacılık Ajansı’nın talebi üzerine, kazanın nedenlerini araştırmak, teknik ve operasyonel analizler yapmak ve gerekli desteği sağlamak amacıyla 8…
— Abdulkadir URALOĞLU (@a_uraloglu) December 27, 2024
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- Keniya prezidenti İlham Əliyevə başsağlığı verib
- Qazaxıstanda AZAL təyyarəsinin qəzasının araşdırılması ilə bağlı ekspertizalar təyin edilib
- Hikmət Hacıyev: "Təyyarə qəzasının nəticələri ilə bağlı yaxınlarda geniş açıqlama olacaq"
- Primakovun Baku TV-yə qarşı təhdidlərinin arxasında nə dayanır?
- AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı saxta MƏLUMAT YAYILDI
Rəylər