Ədalət və İnkişaf Partiyasının Mərkəzi İdarə Heyətinin iclasından sonra baş nazir və partiya sədrliyinə namizədin adı açıqlanacaq.
Oxu.Az Milliyət.com-a istinadən xəbər verir ki, həmin şəxsin Binali Yıldırım olacağı gözlənilir.
AKP-nin mühüm konqresinə sayılı günlər qaldığı halda, “Baş nazir kim olsun?” sualına bu dəfə millət vəkilləri, nazirlər, təşkilat üzvləri, Mərkəzi İdarə Heyətinin üzvləri, bələdiyyə sədrləri və məclis sədrləri cavab verib.
Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım bu cavablar arasında adı ən çox çəkilən oldu. Millət vəkilləri və namizədlərin əksəriyyəti onun namizədliyini dəstəkləyiblər.
Mərkəzi İdarə Heyətinin iclası sabah saat 11.00-da baş tutacaq. İclasdan sonra baş nazir və partiya sədrliyinə namizədin adı açıqlanacaq.