Türkiyə baş nazirinin keçmiş müavini Bülənt Arıncın kürəkəni Ekrem Yeter Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyat tədbiri çərçivəsində tutulub.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə “Report” Türkiyə KİV-nə istinadən xəbər verir.
Məlumata əsasən, o, FETÖ ilə əlaqədə şübhəli bilinir.
Ekrem Yeter Yıldırım Bəyazit Universitetinin Təhsil Şurasının üzvü idi.
O, bir müddət əvvəl tutduğu vəzifədən azad edilib.
N.О.