Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Türkiyə "Google"u 75 milyon dollar cərimələyib
Türkiyənin Rəqabət Şurası ölkədə qayda pozuntuları üçün "Google" şirkətini 75 milyon dollar cərimələyib.
Oxu.Az bu barədə "Reuters"ə istinadən xəbər verir.
Türkiyə tənzimləyicisi "Google"u ölkənin reklam bazarındakı dominant mövqeyindən sui-istifadə etməkdə ittiham edib. Qurum bildirib ki, "Google" öz xidmətini istifadəçilərə təklif etməklə SSP reklam platformalarının axtarışını təhrif edib. Bu, "Google"un rəqiblərinin işinə mane olurdu.
"Google" altı ay ərzində rəqiblərin əlverişsiz vəziyyətdə olmamasını təmin etməlidir.
Ən çox oxunanlar
Rəylər