Türkiyə Hava Yolları (THY) Ukraynaya bütün uçuşları ləğv edib.
Bu barədə aviaşirkətin baş direktoru Bilal Ekşi özünün “Twitter” hesabından bəyan edib.
“Ukraynanın hava məkanının bağlanması səbəbindən bu gün Ukraynaya olan bütün uçuşlarımız ləğv olundu”, - deyə məlumatda bildirilib.
Ukrayna hava sahasının kapatılması sebebi ile bugünkü tüm Ukrayna seferlerimiz iptal edilmiştir.
— Bilal EKŞİ (@BilalEksiTHY) February 24, 2022
THY-nin saytında isə Ukraynaya və Ukraynadan bilet alan sərnişinlərə biletləri dəyişdirmə, yaxud qaytarma haqqının verildiyi bildirilib.