Türkiyə Soma şəhərində mədəndə partlayış nəticəsində həlak olanlarla vidalaşır. İlkin məlumatlara görə, faciə qurbanlarının sayı 280 nəfəri ötüb.
Manisada 32 yaşlı əkiz qardaşlar – Süleyman və İsmayılı dəfn ediblər. Balıkəsirdə isə evə görə krediti ödəmək üçün ezamiyyətdən şaxtaya qayıdan 33 yaşlı Kadir Özer torpağa tapşırılıb. 40 yaşlı Elqan Vİldirim Kutahiyada dəfn olunub. Yas mərasimində yüzlərlə insan iştirak ediblər.
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, qəzalı şaxtada xilasetmə işləri davam edir. Yerin təxminə 2 kilometr dərinliyində hələ bir neçə yüz adam ola bilər. Şaxtalara təmiz hava vurulur, lakin yanğın davam etdiyi üçün bu tədbirin effekti azdır. Həlak olanların sayının artacağı təhlükəsi var.
Qəza vaxtı şaxtada 800-dək adam olub. Yer səthinə 360-dan çox mədən işçisi qaldırılıb.
Türkiyədə üç günlük matəm elan olunub. Baş verən hadisə ölkədə kömür istehsalı tarixində ən böyük faciədir.