Kompleks Qazma İşləri Tresti tərəfindən “Neft Daşları” yatağındakı 2521 nömrəli platformadan 2526 nömrəli quyuda qazma işlərinə başlanılıb.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, “Neft Daşları” NQÇİ-nin sifarişi ilə Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1490 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.
Gülnarə Zeynalova
www.oxu.az