Xalq artisti Məleykə Əsədova kökəlib.
Oxu.Az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, bu haqda “Öz aramızda” verilişində qonaq olan aktrisa özü deyib. O, son vaxtlar 2 kiloqram çəki aldığını bildirib:
“Hazırda 60 kiloqramam. 2 kiloqram kökəlmişəm. Hələ bir az da kökələcəm. Çünki boyum 170-dir. Çəkim buna uyğunlaşmalıdır”.
Modellərə xas bədənə sahib olduğunu deyən aktrisa ciddi pəhriz saxlamır:
“Ciddi pəhriz saxlamıram. Bütün günü hərəkətdə oluram, bir də çoxlu meyvə yeyirəm. Buna görə də arıq qalıram. Bədənim 90-60-90-dır”.