Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Türkiyə İdlibdə hücumların dayandırılmasını tələb etdi
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Suriyanın İdlib əyalətində terror qruplaşmalarının mövcudluğuna son qoymaq üçün Rusiya, İran, ABŞ, Fransa və Böyük Britaniya ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, nazir bütün tərəflərin səylərinə baxmayaraq, İdlibdə hücumların davam etdiyini vurğulayıb.
O həmçinin qeyd edib ki, Suriya hakimiyyəti İdlib problemini güc yolu ilə həll etmək istəyir.
Çavuşoğlu İdlibdə hücumların dayandırılmasının vacibliyini də önə çəkib.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər