Ziraat Türkiyə Kubokunun 2-ci seçmə mərhələsinin "Eskişehirspor" - "1922 Akşehirspor" matçını idarə edən türkiyəli köməkçi hakim Uğur Çakmak əfsanəvi keçmiş italyan hakim Pyerluici Kollinaya bənzədilib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən məlumat verir.

Məlumata görə, Kollinanın oyunçuları sakitləşdirən məşhur "qətiyyətli baxışları" Uğur Çakmağın mövqe qiymətləndirməsində və qərarlarının ciddiliyində hiss olunub.
Hər iki hakimin qərarlar qəbul edərkən jest və mimikalarından (üz ifadələrindən) olduqca effektiv istifadə etdikləri qeyd edilib. Həmçinin Uğur Çakmağın meydandakı gərgin anları bədən dili ilə sakitləşdirmək qabiliyyəti də onu izləyən futbol azarkeşlərinin "Kollina abu-havası" kimi şərhlər verməsinə səbəb olub.