Türkiyənin İzmir şəhərində metroda hərəkət zamanı qatarın vaqonlarından biri relslərdən çıxaraq aşıb. Nəticədə çoxlu sayda insan müxtəlif dərəcəli xəsarət alıb.
Oxu.Az-ın “Haberler”ə istinadən verdiyi xəbərə əsasən, hadisə yerinə xilasedicilər və təcili yardım maşınları cəlb olunub.
İlkin məlumata görə, hadisə Bölgə stansiyasında yük konteynerinin relslərə aşarkən vaqonla toqquşması nəticəsində baş verib.