Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Türkiyə Milli Təhsil Nazirliyindən adları türk dilində olmayan 30 məktəblə bağlı qərar
Türkiyə Milli Təhsil Nazirliyi 6 vilayətdə, qanunazid olaraq, adları türk dilində olmayan 30 məktəbin adının dəyişdirilməsini istəyib.
Bu barədə Oxu.Az "Sondakika.com"a istinadən xəbər verir.
Nazirlik tərəfindən 6 vilayətin valiliklərinə "Türk məktəbləri" mövzusunda məktub göndərilib və qeyd edilən qurumlara yeni adların təklif edilməsinin zəruriliyi vurğulanıb.
"1739 saylı Milli Təhsil Qanununda göstərilən Türkiyə milli təhsilinin ümumi və xüsusi məqsədləri və əsas prinsiplərinə uyğun olaraq, qurumlara məqsədinə, təhsil proqramına və səviyyəsinə uyğun şəkildə, müəyyən məna daşıyan türk adları verilir. Ancaq azlıqların məktəblərinə, xarici və beynəlxalq məktəblərə və yalnız xarici dil təhsili verən kurslara xarici adlar verilə bilər. Digər qurumlara qitə, ölkə, millət, tarix, nömrə, xarici qurum və təşkilat adları verilə bilməz", - deyə məktubda bildirilib.
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyədə peyğəmbərlərin karikaturasının dərc olunduğu jurnalın redaktoru məhkəməyə çıxarıldı
- Ərdoğan çıxış edərkən həyat yoldaşı göz yaşlarını saxlaya bilməyib
- Doğu Perinçek: "PKK-nın silahı yerə qoyması Türkiyə Silahlı Qüvvələrinin böyük uğurudur"
- Türkiyədə əcnəbilər bir milyon lirəlik qızıl oğurladılar - Ölkədən çıxmaq istəyərkən tutuldular
- CHP-nin sədri haqqında istintaq başladılıb