Türkiyədə növbədənkənar parlament seçkilərinin tarixi təyin olunub.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, növbədənkənar seçkilər noyabrın 1-də keçiriləcək.
Türkiyənin seçki komitəsi qanunda nəzərdə tutulan 90 gün müddətinə keçiriləcək seçkinin müddətini 60 günə qədər qısaldıb.
Seçki komitəsi seçki təqvimi ilə bütün işlərə hazır olduğunu bildirib.