Türkiyə ordusu ölkənin cənub-şərqində Mardin vilayətinin Nusaybin şəhərində PKK terrorçularına qarşı apardağı xüsusi əməliyyatı başa vurub.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Baş Qərargahının yaydığı məlumatda bildirilir.
Məlumata əsasən, martın 14-dən davam edən xüsusi əməliyyatlar zamanı 502 terrorçu zərərsizləşdirilib.
Qeyd olunur ki, Mardin vilayətinin Şirnak şəhərində isə PKK yaraqlılarına qarşı əməliyyatlar davam etdirilir.