Türkiyə Böyük Millət Məclisinin üzərindən uçan döyüş təyyarələri Məclis binasını bombalayıblar.
Bu barədə Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir.
Millət vəkillərinin də olduğu binada tüstüləmə baş verib, binaya ciddi zərər dəyib. Müxtəlif siyasi partiyaları təmsil edən millət vəkillərinin də olduğu binada xəsarət alanların olmadığı bildirilir.
Məclisə çox yaxın məsafədə olan baş qərargahın binasının ətrafında atışmaların getdiyi bildirilir.