Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Türkiyə paytaxtında dəhşətli hadisə: Əsəb sarsıntısı keçirən ana üç uşağının biləklərini kəsdi
Türkiyə paytaxtı Ankaranın Keçiören rayonunda dəhşətli hadisə baş verib. Ana iki uşağını öldürüb, birini isə ağır yaralayıb.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, rayonun Ayvalı məhəlləsində yaşayan Serpil adlı qadın naməlum səbəbdən əsəb sarsıntısı keçirib və həmin an evdə olan 12, 10 və 7 yaşlı övladlarının biləklərini kəsib.
Hadisə yerinə çox sayda polis və sağlamlıq qrupları cəlb edilib.
10 və 7 yaşlarında olan iki uşağın hadisə yerində həyatını itirdiyi məlum olub. 12 yaşlı uşaq isə ağır yaralı halda xəstəxanaya çatdırılıb.
Ana nəzarət altına alınıb. Hadisə ilə bağlı araşdırma davam etdirir.
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyənin ədliyyə naziri Ekrem İmamoğlunun saxlanılmasına münasibət bildirib
- Ekrem İmamoğlu əlyazması ilə mesaj paylaşdı
- Məşhur türkiyəli müğənni Ercan Saatçi "İmamoğlu işi" ilə bağlı saxlanıldı
- Ekrem İmamoğlunun saxlanmasından sonra İstanbul Böyükşəhər Bələdiyyəsindən ilk açıqlama
- Türkiyədə daha iki bələdiyyə sədri saxlanıldı