Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
![Bakıda biryaşlı uşağın ölümünün detalları MƏLUM OLDU](https://images.oxu.az/2025/02/10/0gn5Rr0ZwWchFZgFNj0lPPrufOpf4vh7ze0FhGbX:1200.jpg)
Bakıda biryaşlı uşağın ölümünün detalları MƏLUM OLDU
Bakıda ölən bir yaşlı uşağa baxış zamanı ağız və burun nahiyəsində köpüklü-qanlı ifrazat, həmçinin dərisində diffuz sianoz aşkar edilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, fevralın 7-si saat 08:00-da 2024-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) Xətai rayonu ərazisində yerləşən 14 nömrəli Şəhər Poliklinikasının Uşaq şöbəsinə gətirilib:
"Poliklinikaya daxil olarkən uşağın artıq bioloji ölümünün baş verdiyi müşahidə edilib. Baxış zamanı ağız və burun nahiyəsində köpüklü-qanlı ifrazat, həmçinin dərisində diffuz sianoz aşkar edilib. Məsələ ilə bağlı Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadasına məlumat verilib. Hadisə yerinə gələn briqada tərəfindən bioloji ölüm təsdiqlənib.
Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsinə və Xətai Rayon Prokurorluğuna məlumat verilib. Uşağın cəsədi müvafiq tibbi araşdırmaların aparılması məqsədilə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib", - deyə məlumatda qeyd olunub.
Aygün Mirakif
Bakıda biryaşlı körpə ölüb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu B.Süleymanov küçəsi 21-də yerləşən 14 saylı uşaq poliklinikasında qeydə alınıb.
Bakı şəhər sakini Turqut Nuşirəvan oğlu Əliyev qəfil ölüb.
Körpənin ölüm səbəbi araşdırılır.
Rəylər