Oktyabrın 23-də, saat 16:30-da 2026-cı il təvəllüdlü körpə (qadın cinsli) valideynləri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Uşaq Xəstəxanasına gətirilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, uşaq təcili yardım şöbəsində müayinə olunub, lakin həkiməqədər ölüm faktı qeydə alınıb.
Gəncədə 5 aylıq körpə vəfat edib.
Oxu.Az-ın məlumatına görə, 2026-cı ildə doğulan Gədəbəy rayon sakini Xədicə Məmmədova qıcolma nəticəsində evdə dünyasını dəyişib.
O, Gəncə Birləşmiş Uşaq Xəstəxanasına çatdırılsa da, həkimlər onun ölüm faktını qeydə alıblar.
Faktla bağlı araşdırma aparılır.